• Böyük pizza resepti

Reseptin məlumatları Baxış sayı: 18 374

Tarix : 12-06-2016, 13:00

Bölmə : Pizza

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
2 su stəkanı un
1 çay qaşığı quru maya
30 gr marqarin
1 su stəkanı süd
1 xörək qaşığı duru yağ
1/ 2 su stəkanı pomidor sousu
2 su stəkanı rəndələnmiş yağsız pendir
1 ədəd pomidor
1 su stəkanı suyu süzülmüş qarğıdalı
1 su stəkanı incə doğranmış dana əti və ya kolbasa

Hazırlanması:
Sobanı 220 dərəcədə qızdırın. Böyük bir soba qabı hazırlayın.
Unu ələyib duz əlavə edin. Marqarini kub şəklində kəsib əlavə edin.
Bu vaxt mayanı, şəkərli ilıq suyun içində əridib bir müddət qabarmasını gözləyib sonra qarışığa əlavə edin.
Yoğuraraq yağı xəmirə yedirin. Südü əlavə edin. Lazım olsa yenə süd əlavə etmək olar.
Yumşaq bir xəmir əldə edənə qədər yoğurun. Boşqabın üzərində 34 sm diametrli dairə alınana qədət açın.
Xəmirin üzərini zeytun yağı ilə yağlayın. Daha sonra pomidor sousu süzün.
Üzərinə də pomidor dilimlərini yerləşdirin.
Qarğıdalını və dana əti parçalarını sərpərək 20-25 dəqiqə qədər bişirin.
Üçbucaq dilimlərə ayırın və süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, pomidor, sousu, sonra, qədər, qaşığı, alınana, dairə, qədət, üzərini, etmək, diametrli, Xəmirin, üzərində, edənə, Yumşaq, zeytun, yoğurun, Boşqabın
BİZİ İZLƏYİN