• Asan pizza resepti

Reseptin məlumatları Baxış sayı: 17 046

Tarix : 12-06-2016, 09:00

Bölmə : Pizza

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
12 dilim kəpək çörəyi
200 qr yağsız dana əti qiyməsi
200 qr göbələk
2 acı bibər
1 soğan
1 iri pomidor
3-4 diş sarımsaq
1 xörək qaşığı kərə yağı
12 xörək qaşığı rəndələnilmiş yağsız pendir
duz, istiot, kəklikotu

Hazırlanması:
Soğanı incə incə doğrayın, sarımsaqları əzin.
Bibərləri halqa halqa dilimləyin.
Teflon tavada kərəyağını əridib soğan, sarımsaq və bibərləri qovurun.
Göbələkləri dilimləyip tavaya əlavə edin.
1-2 dəqiqə daha qovurduqdan sonra qiyməni əlavə edib qarışdırın.
Qiyməni yaxşıca qovurulduqdan sonra rəndələnilmiş pomidoru, qara bibəri, kəklikotunu və duzu əlavə edin.
Pomidor yumşalana qədər bişirin.
Kəpək çörəklərini çörək qablarına düzün.
Hazırladığınız qiyməli qarışığı çörəklərin üzərinə tökün.
Hər dilimin üzərinə bir xörək qaşığı yağsız pendir rəndəsi səpib orta dərəcəli sobada pendir əriyənə qədər bişirin.
Süfrəyə isti təqdim edin.

Nuş olsun!
Etiketlər: xörək, qaşığı, pendir, yağsız, əlavə, halqa, rəndələnilmiş, qədər, bişirin, üzərinə, sarımsaq, sonra, soğan, çörək, çörəklərini, qablarına, Hazırladığınız, düzün, Kəpək, göbələk
BİZİ İZLƏYİN