• Sadə pizza resepti

Reseptin məlumatları Baxış sayı: 908 507

Tarix : 27-07-2014, 02:25

Bölmə : Pizza

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

1 stəkan yarım ilıq su
2 çay qaşığı quru maya
yarım çay qaşığı şəkər
1 çay qaşığı duz
4 stəkan un
1/4 stəkan əridilmiş marqarin

Üzəri üçün:
sosiska
pomidor
qarğıdalı
qara zeytun
pendir
əlavə də zövqünüzə görə nə istəsəniz

Hazırlanması:
İlıq su,maya və şəkəri kiçik bir qabda qarışdırın, şişənə qədər gözlədin. Un və duzu geniş bir qabda qarışdırın və ortasını açaraq yağ və mayanı əlavə edin. Qarışdırın. Üzərinə yüngülcə un səpərək xəmirinizi yoğurun. Üzərini bezlə qucaqlayaraq yarım saat istirahət etdirin.İstədiyiniz böyüklükdə (2 parça tövsiyə edirik) oxlovla açın. Üstünə pomidor püresini yaydıqdan sonra qalanlarını yerləşdirin. Ən son pendiri də əlavə 200 dərəcədə 15-20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: qaşığı, yarım, stəkan, əlavə, pomidor, qarışdırın, qabda, İstədiyiniz, böyüklükdə, etdirin, parça, qucaqlayaraq, yoğurun, xəmirinizi, Üzərini, bezlə, tövsiyə, istirahət, püresini, dərəcədə
BİZİ İZLƏYİN