• Ev pizzası resepti

Reseptin məlumatları Baxış sayı: 39 305

Tarix : 27-07-2014, 02:43

Bölmə : Pizza

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

Süd – 1 st.;
Duru yağ – 0,5 st.;
İlıq su – 0,5 st.;
Şəkər tozu – 2 x/q.;
Duz – 2 x/q.;
Maya – 1 paket;

Sous üçün:
Pomidor – 2 ədəd;
Duz, kəklikotu, qara istiot

Üstü üçün:
Göbələk;
Qarğıdalı;
Zeytun;
Bibər;
Kolbasa;
Sürtgəcdən keçirilmiş holland pendiri.

Hazırlanması:
Xəmiri yoğurub, 1 saatlıq dincə qoyursunuz. Yağlanmış listə xəmiri töküb, əlinizlə açırsınız. Sous üçün pomidorları sürtgəcdən keçirib, tavada azca qaynadandan sonra ədviyyatlarını əlavə edirsiz, oddan götürüb, xəmirin üzərinə yayırsız. Sonra ardıcıllıqla bibəri, göbələyi, zeytunu, qarğıdalıları, kolbasanı düzürsünüz. Ən sonda sürtgəcdən keçirilmiş holland pendirini səpib, 180 dərəcədə isidilmiş sobada üzəri qızarana kimi bişirin.

Nuş olsun!
Etiketlər: holland, keçirilmiş, sürtgəcdən, yayırsız, üzərinə, Sonra, ardıcıllıqla, göbələyi, bibəri, xəmirin, götürüb, ədviyyatlarını, sonra, əlavə, edirsiz, oddan, zeytunu, qarğıdalıları, üzəri, sobada
BİZİ İZLƏYİN