• Marqarita pizza resepti

Reseptin məlumatları Baxış sayı: 52 265

Tarix : 27-07-2014, 02:46

Bölmə : Pizza

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

Un – 150 qr.
Zeytun yağı – 20 qr.
Duz – 10 qr.
Şəkər tozu – 0,5 ç/q.
Maya – 7 qr.

Bütün ərzaqları qarışdırıb, xəmir yoğurursunuz və ən azı 30 dəqiqə isti yerdə dincə qoyursunuz.

Üstü üçün:
Pomidor – 3 ədəd
Zeytun yağı – 5 x/q.
Motsarella – 250 qr.
Kəklikotu

Hazırlanması:
Pomidorları sürtgəcdən keçirib, bir qaşıq zeytun yağı töküb, qaynadırıq. Pitsa xəmirini yaymazdan öncə zeytun yağı ilə yağlayıb, sonra xəmiri açırıq. Üzərinə pomidor sosunu və xırda-xırda doğranmış motsarella pendirini də əlavə edirik. Sonra 2 xörək qaşığı zeytun yağı səpirik. Kəklikotu ilə bəzəyirik. Əvvəlcədən qızdırılmış sobada 250 dərəcə temperaturda 20 dəqiqəyə bişiririk.

Nuş olsun!
Etiketlər: 20dəq, zeytun, Kəklikotu, xırda, Zeytun, motsarella, pendirini, edirik, əlavə, doğranmış, sosunu, xəmiri, Üzərinə, pomidor, xörək, temperaturda, dərəcə, bişiririk, olsun
BİZİ İZLƏYİN