• Pizza resepti

Reseptin məlumatları Baxış sayı: 34 026

Tarix : 27-07-2014, 02:50

Bölmə : Pizza

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

Un – 3 stəkan
Quru maya – 1 xörək qaşığı
Duz – 1 çay qaşığı
Şəkər tozu – 1 çay qaşığı
Limon suyu – 3-4 damcı
İlıq su – 1 stəkan

Sous üçün:
Pomidor – 1 ədəd
Sarımsaq – 1 diş
Bibər – 1 ədəd
Alma – yarım dənə
Soğan – yarım dənə
Su – 1 stəkan

Üstü üçün:
Qırmızı bibər (nazik doğranmış) – 1 ədəd
Yaşıl bibər (nazik doğranmış) – 1 ədəd
Qaynadılıb, doğranmış göbələk – 1 stəkan
Konserv qarğıdalı
2 yerə bölünmüş sosiska – 6-7 dilim
Holland pendiri (sürtgəcdən keçirilmiş) – 1 stəkan

Hazırlanması:
Əvvəlcə sousu hazırlayın. Bunun üçün pomidoru, sarımsağı, toxumları çıxarılmış bibəri, qabığı soyulmuş almanı, soğanı 1 stəkan su ilə qaynadın. Xəmir üçün də un, maya, şəkər, duz və limon suyunu dərin bir qaba tökün. İlıq suyu yavaş-yavaş əlavə edib xəmir yoğurun. Ələ yapışmayacaq bir xəmir əldə edin. Yağlanmış və isidilmiş tavaya xəmiri tökün. Üzərinə hazırladığınız sousdan gəzdirin. Daha sonra doğranmış bibərlər, göbələk, qarğıdalı və sosiskanı xəmirin üzərinə düzün. Ən üstə rəndələnilmiş holland pendiri səpin. Əvvəldən isidilmiş 180 dərəcə sobada 15 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: stəkan, doğranmış, qaşığı, göbələk, nazik, pendiri, xəmir, tökün, yavaş, bibər, isidilmiş, qarğıdalı, Xəmir, yarım, dəqiqə, Yağlanmış, yapışmayacaq, tavaya, Üzərinə, xəmiri
BİZİ İZLƏYİN