• Unsuz pizza resepti

Reseptin məlumatları Baxış sayı: 12 745

Tarix : 20-11-2016, 14:00

Bölmə : Pizza

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
300 q gülkələmi
200 q bərk pendir
1 yumurta
50 q tomat pastası
150 q toyuq filesi
30 q şampinyon
40 q bolqar bibəri
15 q soğan
duz
istiot

Hazırlanması:
Gülkələmini budaqlarına ayırıb suda bişirin, ət maşınından keçirin. 150 q az yağlı pendir, yumurta və duz əlavə edib yoğurun. Bu kütləni bitki yağı ilə yağlanmış formaya döşəyin. 230 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Toyuq filesini suda bişirib xırda doğrayın. Göbələklə soğanı xırda, bibəri uzun nazik doğrayın. Pizzanın əsası bir qədər soyuyandan sonra üzərinə tomat pastası çəkib tərəvəzi və toyuq ətini düzün. Pendirin qalanını sürtgəcdən keçirib üzərinə səpin.

Pizzanı yenidən sobaya qaytarıb 230 dərəcədə 10 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: bişirin, dəqiqə, xırda, üzərinə, doğrayın, bibəri, pastası, toyuq, tomat, pendir, yumurta, soyuyandan, sonra, qədər, Pizzanın, Göbələklə, soğanı, çəkib, nazik, əsası
BİZİ İZLƏYİN