• Mini pizza resepti

Reseptin məlumatları Baxış sayı: 14 877

Tarix : 2-12-2016, 22:00

Bölmə : Pizza

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- Pizza xəmiri üçün:

2,5 stəkan un
1 stəkan ilıq süd
1/2 ç. q. quru maya
1/2 d. q. (desert qaşığı) şəkər tozu
2 x. q. zeytun yağı
1 ç. q. duz

- Sousu üçün:
2 x.q. tomat pastası
1 x.q. bibər pastası
1 x.q. ilıq su
1 x.q. zeytun yağı
Zövqə görə ədviyyat

- Üzəri üçün: (zövqə görə)
Rəndələnilmiş holland pendiri
Pomidor
Bibər
Qara zeytun
Yaşıl zeytun

Hazırlanması:
1. Pizza xəmirini hazırlamaq üçün əvvəlcə; ilıq süd, quru maya və şəkər tozunu kiçik bir qabda qarışdırdıqdan sonra mayanın aktivləşməsi üçün təqribi 10 dəqiqə qədər gözləyin.
2. Ələnmiş un və duzu dərin bir qaba aldıqdan sonra ortasını açın. Zeytun yağı və maya qarışığını da qatdıqdan sonra bütün ərzaqları ortadan kənarlara doğru qarışdırmağa başlayın.
3. Xəmiri yuvarlayıb böyük bir kündə halına gətirin. Üzərini dəsmalla örtün və otaq temperaturunda mayalanması üçün təqribi 30 dəqiqə gözləyin.
4. Pizza sousu üçün; tomat və bibər pastasını ilıq suyla qarışdırıb durulaşdırın. Sousa zeytun yağı və ədviyyatı da əlavə edib qarışdırın.
5. Mayalanan pizza xəmirini kiçik kündələrə ayırın. Xəmiri unlanmış mətbəx dəzgahı üzərində əlinizlə böyüdüb kiçik yumrular halında açdıqdan sonra aralıq olaraq soba nimçəsinə yerləşdirin.
6. Hazırladığınız sousu kiçik qaşıq köməyiylə xəmirlərin üzərinə çəkib kənarlara doğru yayın. Xəmirlərin kənar hissələrində azacıq boşluq buraxmağa diqqət edin.
7. Sırayla; rəndələnilmiş holland pendiri, dilimlənmiş pomidor, bibər və zeytunu pizzaların üzərinə bərabər olaraq paylayın.
8. Əvvəlcədən isidilmiş sobada təxminən 15 dəqiqə 220 dərəcədə pendirlər əriyənə qədər bişirin.
Budur pizzanız hazırdır.

Nuş olsun!
Etiketlər: zeytun, sonra, kiçik, bibər, dəqiqə, Pizza, pendiri, xəmirini, təqribi, üzərinə, olaraq, sousu, Xəmiri, doğru, holland, kənarlara, gözləyin, qədər, tomat, stəkanınıza
BİZİ İZLƏYİN