• Kartof pizzası resepti

Reseptin məlumatları Baxış sayı: 20 833

Tarix : 11-08-2014, 00:53

Bölmə : Pizza

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 iri kartof
1 yumurta
2 pomidor
100-150 q kolbasa (sosis və ya toyuq əti)
mayonez
2 x.q. un
duz
istiot
göyərti
50-100 q pendir

Hazırlanması:
Kartofu sürtgəcin iri gözündən keçirin. Yumurta, 1 çimdik duz, istiot, un əlavə edib yaxşıca qarışdırın.

Bitki yağını tavada qızdırın. Alınan qarışığı içinə töküb yastılayın, bir üzünü 10 dəqiqə bişirin.

Bu kartof blinini çevirin, üzərinə mayonez çəkin, doğranmış pomidor, kolbasa (sosis və ya bişmiş toyuq əti) düzün, göyərti, pendir səpin. Tavanın qapağını örtüb daha 10 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: göyərti, mayonez, pendir, dəqiqə, bişirin, toyuq, istiot, kartof, sosis, pomidor, kolbasa, üzərinə, çevirin, blinini, üzünü, çəkin, yastılayın, qapağını, töküb, örtüb
BİZİ İZLƏYİN