• Pizza Margarita resepti

Reseptin məlumatları Baxış sayı: 13 278

Tarix : 15-01-2017, 12:00

Bölmə : Pizza

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ülviyyə Zeynalova


Tərkibi:
1yumurta
2 x q duru yağ
1 ç q duz
2 x q şəkər
1 x q droj
1 st süd
3-4 st un

Üzəri üçün:
2 əd pomidor
2-3 əd ağ reyhan
xırda diş sarımsaq
2 x q zeytun yağı
Mozarella vəya Holland pendiri
qara zeytun
duz,istiot

Hazırlanması:
Şəkərin 1 qaşığı və droju qarışdırıb su ilə qoyuruq həcmi artsın.Sonra digər ləvazimatları qarışdırıb ələ yapışmayan xəmir yoğururuq.1,5-2 saat gözləyirik acısın.Sonra əl ilə xəmir açıb üzərinə pomidor,sarımsaq,duz,istiot,reyhan və zeytun yağı ilə hazırladığımız içliyi töküb,üzərinə pendir səpib bişiririk.Vəya istənilən tərəvəz və ət növü ilə bişirə bilərik.Bu xəmirdən üç böyük pizza bişirmək olur.Mən bu xəmirdən 2 böyük və 2 balaca pizza hazırladım,margarita,qarışıq kolbasalı və veqateriyan pizza növlərini etdim.

Nuş olsun!
Etiketlər: zeytun, pizza, Sonra, istiot, qarışdırıb, xəmir, sarımsaq, üzərinə, xəmirdən, pomidor, reyhan, böyük, bilərik, istənilən, pendir, səpib, bişiririk, tərəvəz, bişirə, bişirmək
BİZİ İZLƏYİN