• Qızartma pizza resepti

Reseptin məlumatları Baxış sayı: 11 642

Tarix : 28-03-2017, 14:00

Bölmə : Pizza / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
un (yaymaq üçün)
bitki yağı (qızartmaq üçün)
200 ml tomat sousu*
150 q motsarella
10-12 çerri pomidoru
5 təzə reyhan yarpağı, yaxud reyhan və ya oreqano qurusu
dəniz duzu (zövqə görə)
qara istiot
1 x.q. zeytun yağı (extra virgin)

xəmir:
500 q un
0,5 x.q. narın dəniz duzu
1 paket quru maya (7 q)
0,5 x.q. narın qəhvəyi şəkər (ya da adi)
2 x.q. zeytun yağı (extra virgin)
320 ml isti su

Hazırlanması:
Xəmir:
Xəmiri çörəkbişirəndəki "Pizza" rejimi ilə, yaxud da adi qaydada (mayanı ilıq suda həll edərək bir qədər şişəndən sonra şəkər tozu, yağ, sonra isə unla duz qarışığını qatmaqla) yoğurun.

Ətləyib 5-6 yerə bölün. Un səpilmiş masada 15 sm diametrdə, 4-5 mm qalınlıqda yayın. (Bu mərhələdə onları arasına yağlanmış folqa düzərək üst-üstə yığıb soyuducuya qoymaq, ya da sonraya saxlamadan dərhal bişirmək olar).

Tavaya 5 sm qalınlıqda bitki yağı töküb iti odda qızdırın. Yaxşı qızıb-qızmadığını kartof dilimi ilə yoxlaya bilərsiniz: əgər fışıltı ilə yağın üzünə qalxırsa, deməli, yağ yaxşı qızıb. Bu zaman yaydığınız xəmiri ehtiyatla tavaya qoyun. Hər üzünü təxminən 30 saniyə qızardın. Çıxarıb kağız salfetin üzərinə, sonra isə formaya düzün. Bütün xəmirləri bu qaydada hazırlayın. Yağ azaldıqca əlavə edin, qızandan sonra digər xəmiri bişirin.

Pomidorları yarı bölün, qrili maksimum qızdırın. Pizza kökələrinin üzərinə tomat sousu çəkin, motsarella dilimləri düzün, bir neçə çerri pomidoru, reyhan qoyun. Duz-istiot səpib yağ vurun. Qızmar qrildə təxminən 5 dəqiqə, pendir köpüklənincə bişirin.

Nuş olsun!
Etiketlər: sonra, reyhan, bölün, üzərinə, qızdırın, extra, virgin, narın, şəkər, bişirin, qoyun, təxminən, qaydada, Pizza, xəmiri, zeytun, istiot, pomidoru, tomat, çerri
BİZİ İZLƏYİN