• Rulo pizzalar resepti

Reseptin məlumatları Baxış sayı: 4 440

Tarix : 19-04-2017, 17:00

Bölmə : Pizza / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
• 3 su st. un
• Yarım armudu st. duru yağ
• 1 çay qaşığı duz
• Yarım su stəkanından biraz artıq ilıq su ( süd ilə də əvəzləyə bilərsiz)
• 1 yemək q. maya

Sousu üçün:
• 1 yemək qaşığı tomat
• 1 yemək qaşığı duru yağ
• 1 diş sarımsaq(istəyə görə,mən istifadə etmədim)
• Duz

İçi üçün:
• Qaynanmış toyuq döş əti və ya sucuq,sosiska,kolbasa,rəngli bibərlər
• Holland pendiri
• İç üçün damaq dadınıza görə fərqli qarışımlar da əlavə edə bilərsiz

Hazırlanması:
İlk öncə unu qabımıza alırıq üzərinə mayanı səpib qarışdırırıq. Mərkəzi yeri açıb su ,yağ ,duz əlavə olunub yoğrulur. 1 saat mayalanması üçün isti yerə qoyaq.
Sousu üçün: Tamata duru yağ əlavə olunur qarışdırılır (nanə qurusu sarımsaq da əlavə edə bilərsiz)
İçi üçün : Qaynanmış toyuq döş əti və ya sosiska,kolbasa+ bibər+ sürtgəçdən keçirilmiş holland pendiri.Hamısı birlikdə qarışdırılır.
Belə mayalanmış xəmirimizi 4künc formada açırıq birinci sousu əlavə edib səliqəli şəkildə xəmirə yayırıq. Üzərinə qarışımı əlavə edirik rulet şəklində bükürük. Ruleti hissələrə ayırırıq qaba düzürük (bişirmə kağızı mütləq olsun) . Düzülmüş ruletiklərin üzərinə istəsəniz holland pendiri də əlavə edə bilərsiz. Qabda 10 dəq saxlıyaq. 180 dərəcədə (öncədən qızdırılmış ) 25-30 dəq bişirək.

Nuş olsun!
Etiketlər: əlavə, bilərsiz, qaşığı, pendiri, yemək, sarımsaq, qarışdırılır, Yarım, üzərinə, kolbasa, Sousu, sosiska, toyuq, holland, Qaynanmış, yayırıq, Üzərinə, rulet, edirik, qarışımı
BİZİ İZLƏYİN