Tərkibi:2,5 st düyü
1 ədəd kök
kartof
qarğıdalı konservi (kiçik)
yaşıl noxud konservi (kiçik)
duz
yağ
Hazırlanması:Əvvəlcə düyünü yuyub. suda saxlayırıq. Sonra doğranmış köklə birlikdə düyünü suda qaynadırıq. Düyü bişdikdə üzərinə 1 ovuc qarğıdalı və yaşıl noxud əlavə edirik ( cəmi 1 dəq suda qalması kifayətdir). Sonra düyünü süzürük. Bir qazana nazik doğranmış və duzlanmış kartofu düzüb, azca yağ da əlavə edirik ki, yapışmasın. Üzərinə bişmiş düyü qarışımıni və 2 x.q. yağ töküb, 45 dəq. dəmə qoyuruq.
Nuş olsun!
Etiketlər: düyünü, doğranmış, əlavə, edirik, noxud, Sonra, konservi, kiçik, yaşıl, qarğıdalı, kartofu, duzlanmış, nazik, düzüb, Üzərinə, qarışımıni, töküb, qazana, bişmiş, qoyuruq