• Döşəməli aş resepti

Reseptin məlumatları Baxış sayı: 1478

Tarix : 13.08.2017, 21:00

Bölmə : Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 ədəd toyuq,
1 kq düyü,
1 baş soğan,
zoğal,
duz,
şabalıd, kişmiş, qaysı

Qazmaq üçün:
qatıq,
düyü,
1 ədəd yumurta

Hazırlanması:
Əvvəlcə toyuğu doğrayıb, hissələrə ayırırıq. Üzərinə doğranmış soğan, zoğal və duz əlavə edib, qarışdırırıq. Bir müddət gözlədirik.

Düyünü 2-3 saat əvvəldən suda islatmaq lazımdır. Qaynanmış suya duz və islatdığımız düyünü əlavə edib, bişiririk. Düyü bişdikdən sonra aşsüzəndən süzürük.

Qazmaq üçün qatıq, düyü və yumurtanı qarışdırıb, qazanın dibinə tökürük. Daha sonra toyuq tikələrini düzürük. Son olaraq şabalıdları əlavə edib, üzərindən bişmş düyünü tökürük və dəmə qoyuruq.

Ayrı bir qabda kişmiş və qaysını yağda qovururuq. Süfrəyə verən zaman aşın üzərinə əlavə edərək, servis edə bilərsiniz.

Nuş olsun!

Etiketlər: əlavə, sonra, toyuq, düyünü, tökürük, qatıq, Qazmaq, kişmiş, zoğal, soğan, olaraq, üzərindən, şabalıdları, düzürük, dibinə, qarışdırıb, qazanın, bişmş, tikələrini, qaysını
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica