• Zoğallı plov resepti

Reseptin məlumatları Baxış sayı: 9 859

Tarix : 17-01-2018, 12:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Plov üçün:
3 st uzun düyü,
1 st zoğal,
zəfəran,
su,
duz

Qazmaq üçün:
yumurta,
qatıq,
kərə yağı,
un,
duz

Hazırlanması:
Plov üçün düyünü əvvəlcədən isladıb, 6-7 saat suda saxlayırıq. Qaynanmış suya duz və islatdığımız düyünü əlavə edib, bişiririk. Düyü bişdikdən sonra aşsüzəndən süzürük. Qazmaq üçün qeyd olunmuş ərzaqlardan xəmir yoğururuq. Xəmiri qazanın dibinə yayıb, yağlayırıq. Düyünü qazana töküb, üzərində yağ gəzdiririk. Zoğalları qazana əlavə edib, qarışdırırıq və 1 saatlıq dəmə qoyuruq. Servis edən zaman qazmaqları istənilən formada kəsib plovun üzərinə yerləşdiririk. *Qeyd. Zövqə görə ayrıca kişmiş, qaysı və şabalıd bişirib, plovun üstünə əlavə etmək olar.

Nuş olsun!
Etiketlər: əlavə, düyünü, plovun, qazana, Qazmaq, Servis, zaman, qazmaqları, istənilən, qarışdırırıq, gəzdiririk, üzərində, Zoğalları, formada, saatlıq, qoyuruq, üzərinə, şabalıd, bişirib, üstünə
BİZİ İZLƏYİN