• Şüyüd plov resepti

Reseptin məlumatları Baxış sayı: 36 053

Tarix : 26-12-2016, 20:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 qram düyü
50 qram yağ (ərinmiş)
30 qram süd
60 qram şüyüd
yumurta
süd
qoyun əti (istəyə görə)
zəfəran
duz

Hazırlanması:
Şüyüd plov hazırlamaq üçün əvvəlcə plov normal qaydada bişirilib süzülür.
Plov bişərkən şüyüdlə yuyulur, təmizlənib ayırtlanır və kiçik – kiçik doğranılır.
Bişib hazır olan plova doğradığımız şüyüdlər əlavə edilir və qarışdırılır. Bundan sonra plov dəmə qoyulub dəmlənir.
Yumurtaya süd qarışdırılır, çalınır. Bunlardan omlet hazırlanır. Omlet hazır olduqdan sonra paxlava dilimləri kimi romb formasında doğranılır.
Qeyd: əgər plovun üzərində qoyun əti istifadə olunacaqsa, ət əvvəlcədən doğranılır və bişirilib hazırlanır.
Plov süfrəyə verilən zaman boşqabdakı plovun üzəri romb formalı omlet parçaları ilə bəzədilir. Bunun üzərindən isə ərinmiş qaynar yağ əlavə edilir.
İstəyə görə onleti qoyun əti ilə də əvəz etmək mümkündür.

Nuş olsun!
Etiketlər: doğranılır, qoyun, bişirilib, edilir, əlavə, hazırlanır, hazır, qarışdırılır, kiçik, plovun, omlet, ərinmiş, sonra, olduqdan, Omlet, olunacaqsa, üzərində, formasında, dilimləri, paxlava
BİZİ İZLƏYİN