• Quzu ətli plov resepti

Reseptin məlumatları Baxış sayı: 19 567

Tarix : 10-04-2016, 23:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q quzu əti
2 soğan
1,5 su stəkanı pörtmüş noxud
3 su stəkanı iri bolqar
2 xörək qaşığı kərə yağı
Zeytun yağı
Duz
Su

Hazırlanması:
Quzu ətini quşbaşı doğrayırıq və qaynadırıq. Plov qazanına zeytun yağı tökürük. Bulguru əlavə edib qovururuq. Pörtmüş noxudu əlavə edirik və qovurmaya davam edirik. Duzunu atırıq və isti suyunu veririk. Qapağını bağlayaraq zəif odda bişiririk.

Ayrı bir qazana doğrayan soğanları qoyuruq. Kərə yağını da qoyub xirdaliyiriq. Pörtmüş quzu ətini əlavə edib qarışdırırıq. Duzunu və qara bibəri qoyuruq. Plov bişəndə boşqaba tökürük. Üzərinə dogranilmiş soğanlı əti qoyaraq xidmət edirik.

Nuş olsun!
Etiketlər: əlavə, edirik, tökürük, ətini, qoyuruq, Duzunu, Pörtmüş, stəkanı, yağını, doğrayan, bağlayaraq, bişiririk, qazana, soğanları, xirdaliyiriq, dogranilmiş, soğanlı, qoyaraq, xidmət, Üzərinə
BİZİ İZLƏYİN