• Kilkəli plov resepti

Reseptin məlumatları Baxış sayı: 14 922

Tarix : 4-07-2016, 20:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
500 qr baldo düyüsü (düyünün bir növüdür)
800 qr kilkə balıq
100 qr kərə yağı
1 qəhvə fincanı kişmiş
1 qəhvə fincanı fıstıq
1 soğan
1 pomidor
3 su stəkanı ət suyu
1 ədəd cəfəri
1 ədəd Şüyüd
1 ədəd təzə Nanə
Duz, istiot

Hazırlanması:
Düyünü ilıq duzlu suda 30 dəqiqə saxlayın.
2-3 dəfə yuyub süzün.
Pomidor və soğanı kiçik kublar halında doğrayın.
Kişmişi isti suda saxlayıb süzün.
Kərəyağını qazanda əridib soğanı qızardın.
Fıstığı əlavə edərək qızarana qədər qovurun.
Kişmişi və düyünü əlavə edib qovurmağa davam edin.
Ət suyu , pomidor , duz və ədviyyatları əlavə edib qarışdırın.
1-2 dəqiqə qaynadıqdan sonra ocaqdan götürüb şüyüd, cəfəri və təzə nanəni doğrayıb hazırladığınız plova əlavə edin.
Düyüləri çox əzmədən dəmlənməyə qoyun.
Kilkələrin yarısını yağlanılmış nimçəyə düzün.
Üzərinə hazırladığınız plovu qoyun və qalanını kilkənin kənarlarına düzün.
Orta istilikli sobada kilkələr qızarana qədər bişirin və çalışın o üz bu üzlü bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, Kişmişi, pomidor, cəfəri, dəqiqə, düzün, hazırladığınız, süzün, qoyun, bişirin, soğanı, qədər, qızarana, fincanı, qəhvə, Düyüləri, plova, doğrayıb, götürüb, qaynadıqdan, Kilkəni
BİZİ İZLƏYİN