• Yaşıl noxudlu plov resepti

Reseptin məlumatları Baxış sayı: 26 667

Tarix : 4-07-2016, 22:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
2 su stəkanı düyü
3 su stəkanı qaynar su
1 çay stəkanından bir az az maye yağ
2 xörək qaşığı kərə yağı
1 kasa yaşıl noxud
2 ədəd orta kök
duz

Hazırlanması:
Düyünü duzlu və isti suda 1 saata yaxın saxlayın.
Kökləri kiçik kiçik doğrayın.
Üzərinə yaşıl noxudları da əlavə edib ikisini kiçik bir qazana qoyun.
Qazana qaynar su töküb tərəvəzləri bişirin. Sonra suyunu süzüb kənara qoyun.
Geniş bir plov qazanına maye yağı boşaldın.
Düyüləri saxladığınız sudan alıb süzün və qazana qoyub qarışdıraraq qovurun.
Düyünün şeffaflaşınca qazana kərəyağını əlavə edək əridin.
Daha sonra 3 su stəkanı qaynar suyu və tərəvəzləri qazana qoyub duzunu tökün.
Qapağını bağlayıb orta atəşdə suyunu çəkənə qədər bişirin.

Nuş olsun!
Etiketlər: qazana, kiçik, qaynar, stəkanı, qoyun, əlavə, suyunu, qoyub, tərəvəzləri, bişirin, yaşıl, qovurun, Düyünün, şeffaflaşınca, qarışdıraraq, stəkanından, Düyüləri, saxladığınız, sudan, süzün
BİZİ İZLƏYİN