• Uludağ plovu resepti

Reseptin məlumatları Baxış sayı: 13 930

Tarix : 5-07-2016, 12:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
3 su stəkanı düyü
100 qr kərə yağı
2 su stəkanı şabalıd
2 ədəd qənd
1 su stəkanı qaynadılmış və didim didim doğranmış ət (toyuq vəya dana əti ola bilər)
1 xörək qaşığı kişmiş
1 ədəd kök
1 ədəd portağal
1 çay qaşığı darçın, qara bibər, duz

Hazırlanması:
3 su stəkanı düyü yaxşıca təmizləyin sonra 1 saata yaxın duzlu suda saxlayın.
Bol sun ilə yuyun.
100 qram tərə yağında düyünü qovurun.
Sobada bişirilmiş 2 su stəkanı şabalıdı, qovrulmuş düyüyə əlavə edin.
Üzərinə 3 su stəkanı isti su, 2 ədəd kəsmə şəkər, 1 su stəkanı qaynadılmış kub doranmış ət, 1 xörək qaşığı kişmiş, 1 ədəd kibrit çöpü formasında doğradığınız kökü əlavə edib qarışdırın.
20 dəqiqə aşağı istilikdə bişirin.
Ocaqdan götürdüyünüz plova, 1 ədəd rəndələnmiş portağal qabığı, 1 çay qaşığı darçın, qara bibər əlavə edin.
Boşqaba qoyub dağ şəkli verərək süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, qaşığı, əlavə, portağal, darçın, bibər, xörək, kişmiş, qaynadılmış, didim, aşağı, istilikdə, Ocaqdan, dəqiqə, bişirin, doğradığınız, kibrit, götürdüyünüz, doranmış, formasında
BİZİ İZLƏYİN