• Uzi - ərəb plovu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 796

Tarix : 1-11-2016, 20:00

Bölmə : Aş - Plov / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
2 st. düyü
1 st. yaşıl noxud (təzə, yaxud dondurulmuş)
150 q qoyun əti (tikə)
150 q qoyun qiyməsi
200 q göbələk
0,5 ç.q. üyüdülmüş mixək (+1/4 ç.q. qiymə üçün)
duz
fıstıq
hazır qat-qat xəmir (Filo)
yumurta
küncüt

Hazırlanması:
Düyünü 1 saat qaynar, duzlu suda saxlayın. Sonra suyunu süzüb yuyun.

Əti və göbələyi (qaynadılmış dombalan da olar) xırda doğrayın.

Az miqdarda yağda əti bir qədər qovurun. Göbələyi və üyüdülmüş mixəyi əlavə edin. 2-3 dəqiqə qovurun.

Göy noxudu əlavə edin. Düyünü əlavə edib duz vurun.

Üzərinə çıxana qədər su tökün (2 st. düyüyə 1.5 st. su). Qaynara düşəndə qarışdırın. Qapağını kip örtüb çox zəif odda 40 dəqiqə bişirin. Bu müddət ərzində qapağını açmayın.

Ocaqdan götürüb səliqəylə qarışdırın, soyudun.

Fıstıqları ortadan bölüb yağda qovurun. Boşqaba yığın. Fıstığı qovurduğunuz tavaya qiyməni əlavə edin. 1/4 ç.q. mixək və duz vurun. Yaxşıca qovurun, amma qurutmayın. Fıstığı əlavə edib ocaqdan götürün.

Qat-qat xəmiri kvadratlara bölün. Qurumasın deyə üzərinə dəsmal çəkə bilərsiniz. Piyalələrin içinə düzün. Dibinə 1 x.q. fıstıqlı qiymə qoyun.

Üzərinə ətli düyünü yerləşdirin.

Zərf kimi bükün.

Tərs çevirib perqament döşənmiş siniyə düzün. Üzərinə yumurta çəkib küncüt səpin.

180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin (diqqət edin ki, çox qurumasın).

Süfrəyə salat və turş qatıqla verə bilərsiniz.

Uzi - ərəb plovu resepti - FOTO RESEPT

Uzi - ərəb plovu resepti - FOTO RESEPT

Uzi - ərəb plovu resepti - FOTO RESEPT

Uzi - ərəb plovu resepti - FOTO RESEPT

Uzi - ərəb plovu resepti - FOTO RESEPT

Uzi - ərəb plovu resepti - FOTO RESEPT

Uzi - ərəb plovu resepti - FOTO RESEPT

Uzi - ərəb plovu resepti - FOTO RESEPT

Uzi - ərəb plovu resepti - FOTO RESEPT

Uzi - ərəb plovu resepti - FOTO RESEPT

Uzi - ərəb plovu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qovurun, Üzərinə, dəqiqə, qoyun, düzün, qarışdırın, Düyünü, yağda, bilərsiniz, qədər, küncüt, vurun, bişirin, mixək, qiymə, yumurta, üyüdülmüş, Fıstığı, Boşqaba
BİZİ İZLƏYİN