• Qarabaşaq plovu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 41 101

Tarix : 8-01-2017, 16:00

Bölmə : Aş - Plov / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Şef / Mənbə : Mehriban


Tərkibi:
qarabaşaq 1,5stakan
su 2stakan
toyuq əti 150-2001r
soğan 1 ədəd
kök 1 ədəd ( olmasa da olar )
tomat əzməsi 1 dolu yemək 1aşığı
1-2yemək qaşığı yağ (istədiyiniz yağ ola bilər)
duz,istiot
Ölçüsünü verdiyim ərza1lardan təxminən 2-3 nəfərlik plov alınır.

Hazırlanması:
Qarabaşaq plovu resepti - FOTO RESEPT


Qarabaşağı axar su altında yuyun və suyunu süzün.Dibi qalın bir qazana yaxud tavaya töküb, yağ vurmadan qovurun. Qarışdırmağı unutmayın!Qovrulmuş qarabaşaq xoş bir qoxu verəcək, sanki qoz qovurursuz.Bu iş çox vaxt almır,6-7dəqiqə çəkir.

Qarabaşaq plovu resepti - FOTO RESEPT


Qarabaşağı qovurmaq mütləqdimi və bu hansı nəticəni verir ? Qovurmaq mütləq deyil, sadəcə qovrulmuş yarma bişən zaman dən-dən olur, lap düyü plovu kimi.Yəni olmasa da olar.

Plovu bişirəcəyiniz qazanı ocağa qoyun və yağı tökün. Yağ isinənədək soğanı incə və xırda doğrayın.Orta atəşdə soğan saralanadək qovurun. Hərdən qarışdırmağı unutmayın.

Qarabaşaq plovu resepti - FOTO RESEPT

Qarabaşaq plovu resepti - FOTO RESEPT


Kökün qabığını soyun və rəndənin xırda gözündən keçirin(evdə kök sevməyən varsa, qoymaya da bilərsiz). Saralan və artık yumşalan soğanlara əlavə edin. Orta atəşdə ara - bir qarışdıraraq, kök yumuşalanadək, qovurun.

Qarabaşaq plovu resepti - FOTO RESEPT

Qarabaşaq plovu resepti - FOTO RESEPT


Toyuğu orta ölçüdə tikələrə bölün və qovrulmuş soğan-kökə əlavə edin. Tikələr tam özünü tutanadək, ara-bir qarışdırarak, qovurun.Ən axırda duz və qarabibərini əlavə edib, qarışdırın.

Qarabaşaq plovu resepti - FOTO RESEPT

Qarabaşaq plovu resepti - FOTO RESEPT


Tomat əzməsini 1 stakan suyla yaxşıca qarışdırın. Bu tomatlı suyu və 1 stakan adi suyu qovrulmuş toyuğun üzərinə tökün. Suyun qaynamasını gözləyin.

Qarabaşaq plovu resepti - FOTO RESEPT


Elə ki su qaynadı, qarabaşağı əlavə edin. Bir dəfə alt-üst qarışdırıb, qazanın ağzını örtün.Ocağın altını ən aşağı səviyyəyə düşürüb, qarabaşağın bişməsini gözləyin.Bu məqama diqqət edin - yemək poqqa-poq qaynamalıdır,həzin-həzin bişməlidir.

Qarabaşaq plovu resepti - FOTO RESEPT

Qarabaşaq plovu resepti - FOTO RESEPT

Qarabaşaq plovu resepti - FOTO RESEPT


10-15 dəqiqəyə plov hazır olur. Bişən zaman yeməyi qarışdırmağa ehtiyac yoxdur, lakin arada bir qapağı açıb, suyun çəkilib-çəkilməməsinə diqqət etmək lazımdır.Növündən asılı olaraq suyu özünə çox ya az çəkən qarabaşaq olur.Əgər su çəkilib, yarma hələ çiydirsə, onda bir az qaynar su əlavə etmək olar, yox, əgər qarabaşaq bişib, ancax yeməyin suyu çoxdursa, onda qapağı açıb, suyu çəkilənədək qaynatmaq lazımdır.

Qarabaşaq plovu resepti - FOTO RESEPT


Bu usulla hazırlanmış qarabaşaq plovu çox dadlı və ləzzətli olur, eyni zamanda quru və boğan olmur. Plovu isti və təzə-təzə yemək məsləhətdi, ikinci dəfə isidilən zaman yarma həm quruyur ( yeyəndə boğur ) həm yeməyin ləzzəti qaçır))
Qeyd edim ki, bu yeməyi qoyun və dana əti ilə də bişirmək olar. Lakin, toyuğ ətinə nisbətən qırmızı ət daha gec bişdiyi üçün, onu əvvəlcə bişirib, sora soğanla qovrulur, və ən son qarabaşaq əlavə olunub, bir yerdə hazır olanadək bişirilir.

Nuş olsun!
Etiketlər: qarabaşaq, əlavə, qovurun, yarma, zaman, yemək, qovrulmuş, soğan, Plovu, çəkilib, unutmayın, yeməyin, lazımdır, qapağı, plovu, atəşdə, diqqət, gözləyin, qarışdırın, stakan
BİZİ İZLƏYİN