• Zoğallı döşəmə plov resepti

Reseptin məlumatları Baxış sayı: 9 637

Tarix : 14-05-2017, 17:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Düyü – 600 qram
Toyuq – 1 ədəd
Baş soğan – 1 ədəd
Zoğal – 150 qram
Lavaş – 5 ədəd
Kərə yağı – 50 qram
Duz, istiot – zövqə görə

Hazırlanması:
Düyünü qaynadılmış duzlu suda bir qədər bişirib süzün. Toyuğu tikələrə bölün, duzlu suda pörtlədin, zoğalın çəyirdəyini çıxardın. Soğanı çox xırda doğrayın, üstün zoğalın bir hissəsini, duz və istiotu əlavə edib yaxşıca qarışdırın. Və toyuq parçalarına çəkin. Yağlanmış qazanın dibinə lavaşı sərin, üstünə də toyuq tikələrini düzün. Sonra üzərinə düyünü yığın. Hər düyü qatının üzərinə də kərə yağı gəzdirin. Sonda zoğalən digər hissəsini səpib qoyun dəmlənsin.

Nuş olsun!
Etiketlər: hissəsini, duzlu, üzərinə, zoğalın, toyuq, lavaşı, üstünə, sərin, qazanın, parçalarına, çəkin, Yağlanmış, tikələrini, dibinə, Sonra, digər, zoğalən, səpib, qoyun, dəmlənsin
BİZİ İZLƏYİN