• Şah plov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 1156

Tarix : 14.05.2017, 22:00

Bölmə : Aş - Plov, Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Uzun düyü – 4 st
Bişmiş sümüksüz quzu əti – 1 kq
Təmizlənmiş şabalıd – 500 qr
Baş soğan – 3 ədəd
Əridilmiş kərə yağı – 4 x.q.
Qaysı – 10 ədəd
Kişmiş – 1 st
Albuxara – 10 ədəd
Sarıkök ya da zəfəran
Limon duzu
Duz
İstiot
5-6 ədəd yuxa

Hazırlanması:
Əvvəlcə şabalıdın qabıqları təmizlənir. Təmizlənmiş şabalıd tavadada duz səpilib, yağ əlavə edilib qovrulur. Sonra doğranmış soğanı ayrı bir tavaya töküb, duz səpib, qızılı rəng olana qədər qovurmaq lazımdır. Qovrulmuş soğana 1/3 ç.q. sarıkök əlavə edib qarışdırın. Başqa bir tavada isə əvvəlcə suda bişmiş quzu ətinə yağ əlavə edib qovurmaq lazımdır. Qovrulmuş ətin üzərinə limon duzu, istiot səpilib qarışdırılır. Qovrulmuş soğan ilə ət də, qarışdırılır. Kişmiş, qaysı və alça turşusunu (albuxara) da başqa qabda yağ əlavə edib qovurun. Böyük qazanda su qoyun, suya duz tökün ( 5 lt qazana 2 x.q. duz əlavə edin). Su qaynayanda yuyulmuş düyü tökülüb bişirilir. Düyünü suya tökən kimi əzməmək şərtilə qarışdırmaq lazımdır ki, bir-birinə yapışmasın. Düyü tam bişməmiş o süzülür, üzərinə sarıkök ya da ki, dəmlənmiş zəfəran tökülür.

Daha sonra isə sobaya yerləşəcək bir qazan götürün. Onun içini yağlayın, sonra yuxaların da hər birini yağlayıb qazana yerləşdirin. Bişmiş düyüdən az miqdarda tökürük qazana və üzərinə şabalıd da əlavə edirik. Yenə düyü əlavə edirik, üzərinə əti töküb və qovrulan turşuları da əlavə edirik. Yenə düyü tökürük və qovrulmuş kişmişlə qaysını da əlavə edirik. Kişmişin üzərinə yenə düyü əlavə edib yağlayırıq, sonra başlayırıq yuxaları büküb düyünün üzərini bağlayırıq. Üzərinə bir qab qoyuruq ki, yuxalar açılmasın. Sonra əvvəlcədən 180-200 dərəcədə qızdırılmış sobaya dəm almağa qoyuruq. Bütün tərəfləri qızardıqdan sonra götürürük.

Qeyd edək ki, bu plovu kiçik, bir nəfərlik qablarda da, bişirə bilərsiniz. Elə aşpazımız Cəfər usta kimi. Cəfər usta plovu restoranda hazırladığı üçün plovun içinə gedəcək ərzaqlar əvvəlcədən hazırlanıb soyuducuda saxlanılır ki, müştəri istəyən kimi tez bişirib, təqdim etsinlər. Süfrəyə verilən plov üstdən kəsilir və qaşıqla götürülür.

Şah plov resepti - FOTO RESEPT

Şah plov resepti - FOTO RESEPT

Şah plov resepti - FOTO RESEPT

Şah plov resepti - FOTO RESEPT

Şah plov resepti - FOTO RESEPT

Şah plov resepti - FOTO RESEPT

Şah plov resepti - FOTO RESEPT

Şah plov resepti - FOTO RESEPT

Şah plov resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: əlavə, üzərinə, sonra, edirik, lazımdır, qazana, şabalıd, Qovrulmuş, Cəfər, plovu, qovurmaq, sarıkök, səpilib, qoyuruq, töküb, Sonra, Bişmiş, qarışdırılır, soğan, Təmizlənmiş
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica