• Badımcanlı plov resepti

Reseptin məlumatları Baxış sayı: 3 010

Tarix : 24-06-2017, 17:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 orta boy badımcan,
2 stəkan düyü,
30 qram kərə yağı,
Duz,
4 stəkan ət suyu,
1 stəkan bitki yağı.

Hazırlanması:
Badımcanları soyub, kiçik-kiçik doğrayın. Duzlu suda 20 dəqiqə saxlayın. Suyunu yaxşıca süzün. Bitki yağında tavada qızardın. Düyünü bol suda yuyub, süzün. Kərə yağını qazana əlavə edib, düyüləri bu yağda qovurun. Ət suyunu əlavə edin. Duz səpib, suyunu çəkənədək bişirin. 15-20 dəqiqə gözlədin. Qızardılmış badımcanları əlavə edib, qarışdırın. İsti-isti süfrəyə gətirin.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, dəqiqə, süzün, suyunu, kiçik, düyüləri, səpib, yağda, çəkənədək, qovurun, gözlədin, süfrəyə, gətirin, qarışdırın, badımcanları, qazana, Qızardılmış, bişirin, Düyünü
BİZİ İZLƏYİN