• Badamlı konfetlər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 892

Tarix : 1-01-2016, 20:00

Bölmə : Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q ağ şokolad
60 q gilənar sukatı (yaxud ürəyinizcə olan başqa meyvə qurusu)
120 q badam

Hazırlanması:
Badamı kasaya yığıb üzərinə qaynar su tökün, 10 dəqiqə saxlayın. Sonra qabığını təmizləyin. Siniyə yığıb 150 dərəcə qızdırılmış sobaya qoyun. 20-30 dəqiqə orada saxlayın ki, quruyub azca qovrulsun. Tez-tez baxıb qarışdırın ki, yanmasın.
Badamlı konfetlər resepti - FOTO RESEPT


Sobadan çıxarıb xırdalayın.
Badamlı konfetlər resepti - FOTO RESEPT


Gilənar sukatını xırda doğrayın.
Badamlı konfetlər resepti - FOTO RESEPT


Şokoladı su hamamı, yaxud mikrodalğalı sobada əridin.
Badamlı konfetlər resepti - FOTO RESEPT


Bütün ərzaqları qarışdırın.
Badamlı konfetlər resepti - FOTO RESEPT


Qarışıqdan 1 ç.q. götürüb kağız tartaletlərin içinə, yaxud da adi perqament kağızının üstünə qoyun.

1 saat soyuducuda saxlayın.
Badamlı konfetlər resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: saxlayın, yaxud, qoyun, dəqiqə, qarışdırın, yığıb, Şokoladı, mikrodalğalı, hamamı, doğrayın, sukatını, Sobadan, yanmasın, çıxarıb, xırdalayın, Gilənar, xırda, əridin, kağızının, perqament
BİZİ İZLƏYİN