• Fransızsayağı alma deserti resepti

Reseptin məlumatları Baxış sayı: 15 533

Tarix : 5-06-2014, 22:38

Bölmə : Praktik reseptlər / Digər reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Alma - 2 ədəd
Hamburger çörəyi və ya şəkərsiz bulka - 2 ədəd
Yumurta - 2 ədəd
Süd - 100 q
Kərə yağı - 20 q
Bal - 1 x.q
Darçın - 1 ç.q
Duz - 1 çimdik

Hazırlanması:
Alma yuyulur, qabığı soyulur, toxumu təmizlənir və kub şəklində doğranır.
Alma kərə yağında zəif odda qızardılır, yumşalandan sonra üzərinə darçın əlavə olunur və bir az da saxlanır.
Üzərinə bal əlavə edilib qarışdırılır və atəşdən götürülür.
Yumurta süd və duzla çalınır, çörəklər 3 saniyə bu qarışıqda isladılır və ikitərəfli tavada qızardılır.
Qızarmış çörəklərin üzərinə almalı içlik qoyulub servis edilir. Yanında dondurma ilə də servis etmək olar.

Nuş olsun!
Etiketlər: servis, üzərinə, Yumurta, əlavə, qızardılır, isladılır, qarışıqda, saniyə, çörəklər, çalınır, atəşdən, götürülür, duzla, ikitərəfli, Qızarmış, Yanında, dondurma, etmək, olsun, edilir
BİZİ İZLƏYİN