• Evdə hazırlanmış asan Dulce de Leche resepti

Reseptin məlumatları Baxış sayı: 14 268

Tarix : 17-01-2016, 10:00

Bölmə : Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Bir konserv bankası (400 qramlıq) şəkərli qatılaşdırılmış süd (idealda orqanik)

Hazırlanması:
Etiketi bankanın üstündən qoparın. (Əgər o çox yaxşı yapışdırıldığına görə bankadan qopmursa narahat olmayın, banka bir az qaynayan suda qaldıqdan sonra kağız özü qopacaq. Beləliklə, onu qaşıq, yaxud çəngəl vasitəsilə qazandan çıxarın.)
Bankanı kiçik qazana qoyun. Qazanı bankanın üstü örtülənə qədər su ilə doldurun. Orta istilikdə qaynama həddinə çatdırıb istiliyi orta-aşağı səviyyəyə endirin. Bu istilikdə qazanı ehtiyatla 3 saat qaynadın. Çox vacibdir: Banka həmişə su ilə yaxşı örtülmüş olmalıdır. Buna görə də qaynama zamanı su azaldıqca qazana bir az da qaynar (!) su əlavə edin.
Siz öz qatılaşdırılmış südünüzü 3 saatdan az vaxt ərzində də qaynada bilərsiniz. Bu, sizin əlinizdə olan konkret resept üçün hansı qatılıqda dulce de leche lazım olduğundan asılıdır. Aşağıdakı şəkildə qaynama müddətindən asılı olaraq qatılaşdırılmış südün rənginin və qatılığının necə fərqləndiyini görə bilərsiniz. 3 saatlıq dulce de leche tünd, yaxud karamel rəngində və daha qatı olacaq. Növbəti resept üçün bankanı 3 saat qaynadın.
Vaxt çatanda ehtiyatla qazandakı suyu boşaldın. Sonra isə mətbəx əlcəyinin köməyilə (qətiyyən yalın əllə yox!) bankanı qazandan çıxararaq bir kənarda otaq temperaturunda soyumağa qoyun. Bankanı soyumamış açmağa cəhd etməyin. Yoxsa süd sıçrayıb hər yerə yayılacaq. Üstəlik, o qaynardır və banka partlaya bilər! Tamamilə soyuyandan sonra bankanı açıb dulce de lecheni qarışdırın və reseptinizdəki təlimata uyğun istifadə edin. Yaxud da dəmir bankadan boşaldıb şüşə bankaya yığın, ağzını qapaqla bağlayıb 3 həftəyə qədər soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: dulce, leche, qatılaşdırılmış, yaxud, bilərsiniz, banka, lazım, olacaq, qədər, sonra, bankanı, qaynama, yaxşı, istilikdə, Bankanı, reseptdən, qazandan, qoyun, qaynadın, resept
BİZİ İZLƏYİN