• Araxis yağı resepti

Reseptin məlumatları Baxış sayı: 13 892

Tarix : 27-10-2017, 22:00

Bölmə : Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q araxis
1 ç. q. bal
1 çimdik duz
bitki yağı (təxminən 3-4 x.q.)

Hazırlanması:
Qovrulmamış, çiy araxisi sobada 180 dərəcədə 15 dəqiqə qurudun, qabığını çıxarın.

Blenderə yığıb xırdalayın. Əvvəlcə xırdalanacaq, qum kimi olacaq. Sonra isə yağı çıxmağa başlayacaq və temperaturu da yüksələcək. Bu zaman duzla balı əlavə edin. Sonra tədricən çay qaşığı ilə bitki yağı əlavə etməyə başlayın. Sonra arzu etdiyiniz qatılıqdan bir qədər duru hala gələnədək yağ əlavə etməklə xırdalamağa davam edin. Çünki pasta hazır olandan sonra bir qədər soyuduqda qatılaşacaq.

Pasta eynicinsli olsun deyə onu bu mərhələdən sonra əl blenderi ilə də xırdalamaq olar.

Hazırladıqdan sonra araxis yağını soyuducuya qoyun. Soyuqda o, bir qədər də bərkiyəcək.

Nuş olsun!
BİZİ İZLƏYİN