• Kabab hazırlanmasının TOP 10 məsləhəti

Reseptin məlumatları Baxış sayı: 13 136

Tarix : 21-10-2017, 22:00

Bölmə : Praktik reseptlər / Məsləhətlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


İstənilən əti kabab eləməklə dünyanın ən yaxşı yeməyinə çevirmək olar. Bunun üçün sizə səbir və bizim məsləhətlər lazımdır.

Ət tikələri
İri tikələr həmişə şişin ortasında, daha balacaları isə şiş kənarlarında olmalıdırlar. Belə ət daha yaxşı bişəcək. Şişləri maksimal sıx saxlayın ki, kömürdən gələn isti şişlər arasında bərabər paylaşsın.

Start
Kömür qızaran kimi şişləri hazırlamaq lazımdır. Şişləri qızdırın bitki yağı və ya limon suyu ilə silin. Bunu etsəniz kabablar şişə yapışmayacaq. Sonradan şişi yumaq da sizə asan başa gələcək.

Qlükoza
Qlükoza yüksək temperaturda karamelizirləşir və ətin üstünü qızarmış qabıqla örtür. Bizim sizə məsləhətimiz çəngəllə əti deşməyin və 100 dəfə çevirməyin. Belə ət daha dadlı alınacaq.

Kömür
Əsas kömürlə yanaşı balaca bir kömür də yandırın. Əgər görsəniz ki, ətin üstü tam qızarıb daha kiçik kömürə keçirməklə onun tam bişməsinə səbəb olacaqsınız.

Temperatur
Kömürün lazımı temperatura qədər qızdığını necə öyrənmək olar? Amerikalılar “test Missisipi” adlı üsül icad ediblər. Uyğun olaraq əlinizi kömürdən 7 sm aralıqda tutmalı və saymalısınız: “Bir Missisipi”, “İki Missisipi” və sair. Bu nə deməkdir?

Bir Missisipi – yüksək temperatur: 340 dərəcə;
Dörd-beş Missisipi – orta temperatur: 200 dərəcə;
Səkkiz-doqquz Missisipi – zəif temperatur: 150 dərəcədən çox olmayaraq.

Yanmasın
Ətin üstü yanmasın deyə mütəmadi olaraq limon suyu və ya adi su (duzdu da ola bilər) istifadə edin. Unutmayın ki, alov ətlərə dəyməməlidir.

Mikrodalğalı soba
Ətin bişməsini gözləməyə təmbəllik edirsiniz? Mikrodalğalı sobadan istifadə edin. Əti polufabrikant halına gətirin. Bu vaxt itgisini aradan götürməklə bərabər kababın yanmamasına və qurumamasına kömək olacaq.

Qan
Qanlı ət xoşlayırsınız? Mal əti – ən uyğun ətdir. Qoyun və ya donuz ətindən bunu etsəniz xəstəxanalıq ola bilərsiz.

Ətir
Dadla eyni zamanda yeməyin ətri də yaxşı olmalıdır. Sona yaxın kömürün üstünə sitrus meyvələrinin xırda qabıqlarını atın və nəticə ilə hamını təəcübləndirin.

Yemək vaxtı
Kababı şişdən çıxan kimi yemək düzgün deyil. Birincisi yana bilərsiz, ikincisi ət biraz qalmalıdır ki, özünə gəlsin. 5 dəqiqə səbir edərək daha dadlı yemək yeyə bilərsiniz.
Etiketlər: Missisipi”, yaxşı, temperatur, Missisipi, Qlükoza, yemək, bərabər, bilərsiz, istifadə, yüksək, dadlı, limon, etsəniz, dərəcə, olaraq, kömürdən, Kömür, səbir, lazımdır, Şişləri
BİZİ İZLƏYİN