• Çilli desert resepti

Reseptin məlumatları Baxış sayı: 19 793

Tarix : 26-05-2014, 15:05

Bölmə : Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q kəsmik
400 ml xama
200 q şəkər tozu
20 q jelatin
4 x.q. kakao tozu
20 q şokolad yonqarı

Hazırlanması:
Jelatini qablaşdırmasında göstərilən qaydada 100 ml suda isladın.

Kəsmiyi, xamanı və şəkər tozunu çalın.

Jelatini əriyənədək qızdırın, azca soyudun (qazançanı soyuq suyla isladılmış dəsmalın üstünə qoyun), kəsmikli qarışığa əlavə edin, qarışdırın.

Qarışığın 100 ml-ni kulinar şprisinə doldurun.

Qalan qarışığa kakao tozu əlavə edib bir daha çalın.

Formanın içinə qida plyonkası döşəyin, şokoladlı qarışığı içinə tökün.

Sonra isə şprisi şokoladlı qarışığa salaraq ara-bərədə bəyaz kürələr sıxın.

Bəyaz qarışıqdan qalarsa, desertin üzərinə çəkin, soyuducuya qoyub 3-4 saat saxlayın.

Hazır olandan sonra boşqaba tərs çevirin, üzərindəki plyonkanı çıxarın.

Üzərinə şokolad yonqarı səpin.

Nuş olsun!
Etiketlər: qarışığa, Jelatini, şokoladlı, əlavə, çalın, yonqarı, içinə, şokolad, kakao, şəkər, qalarsa, Bəyaz, qarışıqdan, sıxın, salaraq, Sonra, tökün, qarışığı, şprisi, desertin
BİZİ İZLƏYİN