• Bulqur küftəcikləri resepti

Reseptin məlumatları Baxış sayı: 2 462

Tarix : 16-04-2018, 18:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Hüsniyyə


Tərkibi:
1 st qaynadılmış su
1 st bulqur
1-3 qaşıq un
1 yumurta
1-2 qaşıq tomat pastası
1-2 qaşıq bibər pastası
1-2 diş sarımsaq(əzib xırdalayırıq)
Duz,istiot,quru nanə

Hazırlanması:
Qaynadılmış suya biraż duz əlavə edib bulquru töküb ,1 saat saxlayırıq ,bu vaxt bulqur şişib yumşalır ,əslində incə və küftəlik bulqur olmalıdı ,amma mən mağazalarda sadəcə bir cür bulqur tapdım ,onunla da etdim. Suyu tamamilə özünə çəkmiş bulqura yumurta və unu töküb yoğururuq, çox yumşaq və axışqan olsa unu azca artırın ki,yumru küftələr düzəldə biləsiz. Xırda küftəciklərə forma verib qazana su tökün su qaynadıqda küftələri içinə əlavə edib, 10-20 dəqiqə bişirin ,ayrıca tavada tomat pastası,bibər pastası və digər ədviyyatları əlavə edib azca kərə yağında biraz (3-5 dəqiqə ) bişirin. Sonra lüftələrin üzərinə töküb süfrəyə verin. Əslində sarımsaqlı qatıqla verilir bu yemək ,mən hal- hazırda müvəqqəti olaraq süd məhsulu yeyə bilmədiyimə görə küftəcikləri elə tomatlı sousla hazırladım və süfrəyə də bu şəkildə qoydum . Amma siz sousun içinə atıb küftəcikləri qarışdırın tam sousla qarışsın (qırmızı rəng olsun hər tərəfi) sonra isə sarımsaqlı qatıqla süfrəyə verin. Ayrıca əsas yemək kimi deyil ,əsas yeməklərin yanında əlavə kimi hazırlaya bilərsiz.

Nuş olsun!
Etiketlər: pastası, bulqur, əlavə, qaşıq, süfrəyə, sousla, sarımsaqlı, qatıqla, verin, içinə, tomat, töküb, bibər, küftəcikləri, dəqiqə, yumurta, yeməkmən, hazırda, olaraq, müvəqqəti
BİZİ İZLƏYİN