• Acika resepti

Reseptin məlumatları Baxış sayı: 7 864

Tarix : 17-04-2018, 18:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
5 pomidor
1 kök
1 bolqar bibər
1 baş soğan
1 acı uzun bibər
3 diş sarımsaq
3 x.q. günəbaxan yağı

Ədviyyatlar çox vacibdir:
1/4 ç.q. üyüdülmüş keşniş toxumu
1/2 paprika
1 çimdik zəfəran
1/4 ç.q. sarıkök
zövgə görə qırmızı quru bibər (pul bibər)
2 ç.q. quru keşniş
duz zövgə görə
1/2 ç.q. şəkər tozu(reseptdə mütləqdi amma etməyə bilərsiz)

Hazırlanması:
1.Pomidorların qabığını soyuruq. Rahat soyulsun deyə qaynar suda 1 dəqiqə saxlayın.
2.Pomidorları, bibəri, kökü, baş soğanı ət çəkən maşından və ya blendordan keçirin.
3.Aldığınız qarşımı dərin qazanın içinə qoyun və az xodda 1-1,5 saat bişirin. Tez-tez qarışdırmağa unutmayın ki dibi tutmasın.
4.Bütün ədviyyatları və əzilmiş sarımsağı əlavə edib qarışdırın.
5.Günəbaxan yağını əlavə edin və yaxşı qarışdırın. Və altını keçirdin.
6.Soyuyanda bankalara yığa bilərsiniz.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: bibər, qarışdırın, əlavə, keşniş, zövgə, qoyun, içinə, xodda, bişirin, qarışdırmağa, qazanın, dərin, blendordan, maşından, keçirin, Aldığınız, qarşımı, unutmayın, tutmasın, Soyuyanda
BİZİ İZLƏYİN