• Amerikan burgeri resepti

Reseptin məlumatları Baxış sayı: 4 503

Tarix : 11-02-2018, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
Kotlet üçün:
300 qr. yağlı mal əti (farş)
1 baş soğan
1 ç.q. xardal
duz
istiot

Əlavə:
2 ədəd hamburger bulkası
1 qırmızı soğan
2 list yaşıl salat
1 pomidor
1 turşü xıyar
2 ç.q. evdə hazırlanmış mayonez (resept səhifədə var)
1 ç.q. xardal zövgə görə və ya ketçup

Hazırlanması:
1.Kotletlərimizi hazır edək. Soğanı lap xırda-xırda kəsirik və ətə əlavə edirik.
2.Xardal, duz, istiot əlavə edərək yaxşıca 5 dəqiqə ərzində qarışdırırıq.
4.Kotletlərimizi formaya salırıq.
3.Günəbaxan yağında adi qaydada qızardırıq.
4.Hamburger bulkalarını sobada biraz qızdırırıq. Və yarında kəsirik.
5.Bulkanın alt hissəsinə mayonez çəkirik. Və ardıcıllıqla hamburgerimizi yığırıq. Yaşıl salat, kotlet, xardal və ya ketçup, nazik kəsilmiş qırmızı soğan, nazik kəsilmiş pomidor, nazik kəsilmiş turşu xıyar. Sonda bulkanın üstünü qoyuruq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: nazik, xardal, kəsilmiş, soğan, mayonez, əlavə, ketçup, Kotletlərimizi, kəsirik, xırda, pomidor, xıyar, salat, qırmızı, istiot, hissəsinə, çəkirik, bulkalarını, Hamburger, Bulkanın
BİZİ İZLƏYİN