• Giros resepti

Reseptin məlumatları Baxış sayı: 2 431

Tarix : 12-12-2017, 12:00

Bölmə : Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
3 pita çörəyi və ya lavaş
400 qr. mal əti
1-2 pomidor
1 baş qırmızı soğan
1 ədəd kartof
dzadziki sousu (resept əvvəlki şəkildə)

Ən əsası ədviyyatlar:
1 ç.q. oregano (quru ot)
1 ç.q. paprika
1/4 x.q. muskat qozu (toz şəklində)
1 ç.q. quru sarımsaq (olmasa adi sarımsaq istifadə edin)
1 ç.q. duz
1 ç.q. qara istiot

Hazırlanması:
Əti uzunsov şəkildə kəsirik. Bütün ədviyyatları ətə vururuq, yaxşı qarışdırırıq. 30 dəqiqəlik soyuducuda saxlayırıq.
Zeytun yağı isti tavaya əlavə edin və əti tavaya qoyun. Az xodda əti qızardın. Əvvəl su buraxacaq və o suda gözəl bişəcək. Suyu çəkiləndə və hazır olanda altını keçirdin.
Pita çörəyinin içinə yığmırıq Üstünə zeytun yağı çəkib buraz isidirik, isti tavada. Amma çörək qızarmamalıdır, sadəcə isti olmalıdır.
Sonra üstünə 1 x.q. dzadziki sousunu sürtürük. Qızarmış əti düzürük sousun üstünə.
Pomidor və soğanı kəsib əlavə edirik. Kartof frini adi qaydada yağda qızardıb, düzürük.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: tavaya, əlavə, düzürük, sarımsaq, üstünə, dzadziki, şəkildə, hazır, çəkib, çəkiləndə, buraz, tavada, isidirik, zeytun, Üstünə, altını, keçirdin, çörək, içinə, olanda
BİZİ İZLƏYİN