• Saqanaki resepti

Reseptin məlumatları Baxış sayı: 3 497

Tarix : 11-11-2017, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
300 qr. ağ pendir (Feta)
1 yumurta
1 x.q. oregano (qaraqanıq az.dilində, duşitsa rus dilində)
3-4 x.q. un
2 pomidor
4 x.q. zeytun yağı

Hazırlanması:
Pendiri yumru və ya dord künc formada kəsirik. Nə çox nazik nə çox qalın olmalıdır. ❌ Kəsəndə pendir dağılmasın deyə, bıçağınızı soyuq suda saxlayın hər təzə tikə kəsəndə.
Qaba yumurta vurun, oregano əlavə edib yaxşı çırpın.
Hər pendir dilimini əvvəl yumurtaya sonra isə una batırın.
Qızğın tavada, zeytun yağında qızardın.
Salfetin üstünə yığın ki, artıq yağı çəkilsin.
Pomidorları nazik kəsin.
Boşqaba bu cür düzün və servis edin.
Yanında yaşıl salat və limon suyu yaxşı uyur.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: pendir, zeytun, nazik, dilində, yaxşı, yumurta, oregano, Salfetin, üstünə, yığın, qızardın, yağında, batırın, Qızğın, tavada, artıq, Pomidorları, Yanında, yaşıl, salatına
BİZİ İZLƏYİN