• Sparja (Qülancar) resepti

Reseptin məlumatları Baxış sayı: 8 746

Tarix : 6-02-2018, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 dəstə sparja
1 kök
1 pomidor
1 porey soğanı (pirasa)
1 baş soğan
yumurta adam sayına görə
duz
istiot

Hazırlanması:
istədiyiniz ədviyyat (mən Svan duzu elavə etdim, resepti səhifədə var)
Sparjanı kəsirik 3-4 yerə.
Kökü sürtkəcdən keçiririk.
Porey soğanını nazik kəsirik. Baş soğanı 4 yerə bölüb nazik kəsirik.
Pomidoru kubik kəsirik.
Əvvəl baş soğanı və porey soğanını yağda qızardırıq. İçinə kökü əlavə edirik. Bişənə yaxın sparjanə əlavə edib 3-5 dəq. qızardırıq.
Ədviyyatları əlavə edirik. Tavanın altını keçirdib pomidoru əlavə edirik. Pomidor bişməməlidir.
Hazır yeməyi boşqaba düzürük və üstünə qızarmış yumurta qoyuruq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: kəsirik, əlavə, edirik, soğanı, soğanını, qızardırıq, nazik, yumurta, porey, İçinə, Ədviyyatları, sparjanə, Bişənə, yaxın, Tavanın, pomidoru, düzürük, üstünə, qızarmış, qoyuruq
BİZİ İZLƏYİN