• Səhər yeməyində fərqli dad: kərə yağlı yumurta resepti

Reseptin məlumatları Baxış sayı: 2 693

Tarix : 28-10-2017, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd yumurta
1/2 yemək qaşığı kərə yağı
1/2 çay qaşığı qırmızı toz bibər
1 çay qaşığı qırmızı pulbibər
1 çay qaşığı quru nanə
Duz

Hazırlanması:
Yumurtaları yuyub, kiçik dərin qazanda 7-10 dəqiqə qaynadın. Qaynatdığınız yumurtaların qabıqlarını soyduqdan sonra uzununa iki yerə bölün.

Daha sonra kiçik bir tavaya yağ töküb əridin. Üzərinə qırmızı toz bibəri əlavə edib, qarışdırın. Yumurtaların içi alta düşəcək şəkildə tavaya qoyun. Üzərinə duz, nanə və qırmızı pulbibər səpin. 2-3 dəqiqə vam odda bişirin.

Nuş olsun!
Etiketlər: qırmızı, qaşığı, kiçik, tavaya, dəqiqə, Üzərinə, pulbibər, sonra, töküb, bibəri, əridin, əlavə, düşəcək, səpin, bişirin, qoyun, şəkildə, Yumurtaların, qarışdırın, soyduqdan
BİZİ İZLƏYİN