• Vetçina və bərk pendirlə zərflər təzə tərəvəz salatı ilə resepti

Reseptin məlumatları Baxış sayı: 4 003

Tarix : 6-03-2018, 12:00

Bölmə : Qəlyanaltılar / Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
vetçina,
bərk pendir,
toyuq yumurtası,
lavaş,
sous,
xiyar,
pomidor,
yaşıl bibər,
baş soğan.

Hazırlanması:
1.Tərəvəzləri yuyun – xiyar, pomidor, yaşıl bibər və baş soğanı. Soğanı nazik dilimləyin. Tərəvəzləri toxumlardan və ayaqlarından təmizləyin və 2*2 sm dördbucaq şəkilində doğrayın. Doğranmış tərəvəzləri və soğanı qaba yerləşdirin. Duz, istiot, limon suyu və bitki yağını əlavə edin. Salat hazırdır.

2.Qablaşdırmadan doğranmış vetçinanı və pendiri çıxardın. Lavaşları açın və içərisinə nazik qatla sousu yaxın. Lavaşın üzərinə iki ədəd pendir və iki ədəd vetçinanı ardıcıllıqla qoyun.Daha sonta lavaşı zərf şəkilində bükün.

3.Yumurtanı çalın və tavanı yağlayaraq orta odda isidin. Hər bir vetçinalı və pendirli zərfi yumurtaya batıraraq dərhal tavanın üzərinə yerləşdirin. Hər iki tərəfdən qızartdığdan sonra artıq yağın çəkilməsi üçün zərfləri üzərinə kağız salfeti sərilmiş boşqaba qoyun.

4.Zərfləri dərhal boşqaba düzün və tərəvəzli salat ilə birlikdə masaya təqdim edin.

Nuş olsun!
Etiketlər: üzərinə, yerləşdirin, Tərəvəzləri, soğanı, nazik, boşqaba, vetçinanı, şəkilində, dərhal, qoyun, pendir, bibər, xiyar, yaşıl, pomidor, zərfi, yumurtaya, tavanın, batıraraq, tavanı
BİZİ İZLƏYİN