• Heyvalı-boranılı çatni resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 134

Tarix : 12-12-2015, 14:00

Bölmə : Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Çatni - ənənəvi hind məzəsidir. O, əsas yeməyin dadını fərqləndirmək üçündür. Acı çatni acı olmayan yeməyin dadını tamamlayır. Bişmiş çatnini tərəvəzdən, daha çox isə meyvədən hazırlayırlar. Bunların hazırlanmasına çox vaxt sərf olunur. Çünki tərkibinə daxil ərzaq tam bişməli, yumşaq olmalıdır. Çiy çatni isə ərzağın qarışdırılaraq bircinsli kütlə halınadək xırdlalanması ilə hazırlanır.

Adətən, çatni şirintəhər olur. Bu məzə iştahı artırır, eyni zamanda həzm prosesini sürətləndirir. Əsas xörəyin dadını fərqləndirmək üçün 1-2 qaşıq çatni bəs edir. Onu ayrıca xırda piyalədə süfrəyə verirlər. Daha çox düyü ilə yeyilir.

Tərkibi:
1 kq boranı
400 q heyva (2-3 ədəd)
1 iri portağal
1 iri limon
300 ml su
150 ml bəyaz şərab sirkəsi
200 q şəkər tozu
1 dolu x.q. duz
10-12 ədəd mixək
1 budaq darçın
2 dəfnə yarpağı

Hazırlanması:
Boranını tərəfi 1 sm olan kubiklərə doğrayın. Heyvanın da qabığını soyub eynilə doğrayın (bir qədər iri də olar). Limon və portağalın sedrasını çıxarın: qabığını (ağ hissəsi olmamaqla, yoxsa acı dadı olacaq) soyub nazik saman kimi doğrayın. Sonra bu sitrus meyvələrinin şirəsini çıxarın.

Marinad hazırlayın: qazana şəkər tozu, duz, sirkə, limon və portağalın şirəsini, dəfnə yarpağı, ədviyyatı qoyun, su tökün. Ocağın üstünə qoyun. Hərdən qarışdırın (yoxsa şəkər dibə yapışar və sirkə ilə qarışaraq karamel əmələ gətirər). Qaynara düşəndə sedranı əlavə edin, ocağı azaldıb 10 dəqiqə bişirin. Heyvə və boranını əlavə edib daha 10 dəqiqə bişirin. Aradabir qarışdırın. Hazır çatnini isti-isti pasterizə edilmiş bankalara yığın, ağızlarını bağlayın, soyudun, sonra isə soyuducuda saxlayın.
Heyvalı-boranılı çatni resepti - FOTO RESEPT

Heyvalı-boranılı çatni resepti - FOTO RESEPT

Heyvalı-boranılı çatni resepti - FOTO RESEPT

Heyvalı-boranılı çatni resepti - FOTO RESEPT

Heyvalı-boranılı çatni resepti - FOTO RESEPT

Heyvalı-boranılı çatni resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çatni, dadını, doğrayın, şəkər, qoyun, qabığını, çıxarın, yoxsa, dəqiqə, şirəsini, əlavə, limon, qarışdırın, bişirin, dəfnə, yeməyin, soyub, fərqləndirmək, sirkə, yarpağı
BİZİ İZLƏYİN