• Avokadolu yumurta qəlyanaltısı resepti

Reseptin məlumatları Baxış sayı: 2 231

Tarix : 28-08-2018, 12:00

Bölmə : Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : bahasun


Tərkibi:
2 yumurta
1 avokado
3 x.q. limon suyu
1 diş sarımsaq
duz
istiot

Bəzək üçün:
İstəyə görə göyərti, nar və s.

Hazırlanması:
1. Yumurtalar suda bişirilir. Soyudulur. Təmizdənir. İki yerə kəsilir. Sarısı ağından ayrılır, ağı zədələnmədən.
2. Avokado iki yerə bölünərək tumu çıxardılır, qaşıqla içi ovulur və blender qabına qoyulur. Üstünə limon suyu, sarımsaq, yumurta sarısı, duz və istiot əlavə olunur. Blenderde 3 dəqiqə ərzində püre halına salınır.
3. Hazır püreni yumurta ağına qoyulur. Bunu sadəcə çay qaşığı ilə və ya krem torbası ilə edə bilərsiniz. İstəyə görə bəzədilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: yumurta, istiot, sarımsaq, İstəyə, limon, qoyulur, dəqiqə, halına, Blenderde, ərzində, əlavə, Üstünə, salınır, sarısı, olunur, ağına, bilərsiniz, bəzədilir, olsun, torbası
BİZİ İZLƏYİN