• Mərciməkli məzə resepti

Reseptin məlumatları Baxış sayı: 15 439

Tarix : 19-09-2014, 13:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ortaboy baş soğan
3 x.q. zeytun yağı (soyuq presləmə üsulu ilə hazırlanmış)
1 x.q. tomat pastası
500 q yerkökü
100 q yaşıl mərci (konservi də olar)
dəniz duzu
qara istiot
250 q yağlı qatıq
1 diş sarımsaq
1 x.q. doğranmış şüyüd

Hazırlanması:
Soğanı nazik doğrayıb zeytun yağında qızardın. Yerkökünü nazik fal-fal doğrayın, tomat pastası ilə birlikdə soğana əlavə edin, qarışdırın, 1 dəqiqə qovurandan sonra ocaqdan götürüb kənara qoyun.

Yaşıl mərcini 15 dəqiqə soyuq suda saxlayın. Suyunu süzüb atın. Mərciməyi qazana qoyub üstünə 1,5 l su tökün.

Orta itilikdə odda qaynara düşənədək bişirin, sonra ocağı azaldıb, qazanın qapağını örtün, 10-12 dəqiqə, arada qarışdıra-qarışdıra bişirin.
Sonra qapağı açın, ocağı artırın, 2-3 dəqiqə qaynayıb, bütün suyu buxarlananda ocaqdan götürün, üzərinə təmiz dəsmal çəkib soyumağa qoyun.

Qatığı əzilmiş sarımsaq və duzla qarışdırın.

Soğanla yerkökünü buluda çəkin, yayın. Üstünə mərciməyi yayın, qatıq tökün. Üstünə şüyüd səpin.

Nuş olsun!
Etiketlər: dəqiqə, qoyun, nazik, tökün, sonra, qatıq, şüyüd, ocaqdan, sarımsaq, ocağı, bişirin, soyuq, zeytun, qarışdırın, Üstünə, yayın, qarışdıra, pastası, tomat, qapağı
BİZİ İZLƏYİN