• Holland pendirli omlet resepti

Reseptin məlumatları Baxış sayı: 4 082

Tarix : 12-02-2019, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta,
1dənə yaşıl bibər,
2 pomidor,
holland pendiri,
pul bibər,
sossika,
sucuq,

Hazırlanması:
1 dənə yaşıl bibəri yağda azca qovurun.
Pomidoru yuyub soyun.
Soyduğunuz pomidorları kiçik -kiçik doğrayın.
Yağda qovurduğunuz bibərlərin üzərinə kiçik-kiçik doğradığınız pomidorları əlavə edsib yumşalana qədər bişirin.
Bişirdiyiniz bibərvə pomidora azca duz əlavə edin.
3 dənə yumurtanı bir qabda qırın.
Üzəruinə duz əlavə edib yaxşıca çırpın.
Omlet hazırlayacağınız tavaya bir az kərə yağı qoyub əridin və yumurtaları ərimiş yağın üzərinə tökün.
Yumurtalar bir az bişdikdən sonra yarısına qədər olan hissəyə pomidorları yayın.
Üzərinə holland pendiri dilimləri və pul bibər qoyub omletin boş qalan hissəsini üzərinə çevirin.Pendir əriyənə qədər ocaqda saxlayıb sonra ocaqdan alın.
İsti halda servis edin.
İstəyərsiniz üzərinə sossika və ya sucuq da bişirib qoya bilərsiniz.

Nuş olsun!
Etiketlər: kiçik, üzərinə, əlavə, qədər, bibər, pomidorları, sonra, sucuq, sossika, yaşıl, holland, pendiri, qoyub, yarısına, yayın, Üzərinə, hissəyə, tökün, yumurtaları, əridin
BİZİ İZLƏYİN