• İspanaqlı yumurta resepti

Reseptin məlumatları Baxış sayı: 2 744

Tarix : 8-05-2019, 12:00

Bölmə : Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q ispanaq,
4 yumurta,
1 orta boy soğan,
2-3 şorba qaşığı maye yağ,
1 şirniyyat qaşığı tomat,
duz
Qırmızı toz bibər,
istiot,
pul bibər,
2 yemək qaşığı

Hazırlanması:
İspanaqları təmizləyib yuyun.
Suyunu çəkəndən sonra yeməklik doğrayın.
Soğanı soyub yeməklik doğrayın.
Dərin bir tavaya duru yağı əlavə edərək qızdırın.
Doğradığınız soğanları qızarana qədər yağda qovurun.
Soğanlar qızarandan sonra doğradığınız ispanaqları da əlavə edin.
Arzuya görə 2 yemək qaşığı düyü əlavə edin.
Sonra tomatı da əlavə edin.
İstiot, pul bibər, toz qırmızı bibər əlavə edərək dadlandırın.
Qapağını qapadaraq və aradabir qarışdıraraq suyunu çəkənə qədər qarışdırıb qovurun.
Suyu tamamən quruyanda duzunu əlavə edin.
Hazır olan ispanaq qovurmasının üzərində yumurta qırmaq üçün gözlər açın və oraya yumurta qırın.
Çalışın yumurta sarıları dağılmasın.
Yumurtalar bişdikdən sonra , hər porsiyaya bir yumurta düşməklə isti halda servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, yumurta, bibər, qaşığı, sonra, qovurun, doğrayın, qədər, edərək, yeməklik, ispanaq, yemək, tamamən, quruyanda, duzunu, dadlandırın, Hazır, Qapağını, qapadaraq, çəkənə
BİZİ İZLƏYİN