• Göbələkli yumurta resepti

Reseptin məlumatları Baxış sayı: 157

Tarix : 22.06.2019, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
2 yemək qaşığı un,
250 q göbələk,
4 yumurta,
1/2 su stəkanı süd,
2 yemək qaşığı zeytun yağı,
Bir çay stəkanı pendir,
1 çay stəkanı rəndələnmiş holland pendiri,
1 ədəd bibər,
1 çay qaşığı istiot,
1 çay qaşığı duz,
1 çay qaşığı qabartma tozu,

Bişirmək üçün:
2 yemək qaşığı kərə yağı,

Diqqət:
Yumurtalı qarışığı soyuducuda bir az saxlasanız daha yumuşacıq bişər. Bu işləmi etmədən də bişirə bilərsiniz.

Bişirmə qaydası:
İstəsəniz vam odda tavanızın qapağı qapalı halda bişirə bilərsiniz.

Hazırlanması:
Bir qabın içərisinə yumurtaları qırın.
Yumurtaları mikser və yaxud da tel çırpıcı ilə 5-6 dəqiqə boyunca köpüklənənə qədər çırpın.
Üzərinə süd, un, qabartma tozu. zeytun yağı və istiotuəlavə edərək yaxşıca çırpın.
Sonra pendiri və holland pendirini də əlavə edib qarışdırın.
Strec filmlə üzərini qapadaraq soyuducuda 10 dəqiqəyə yaxın saxlayın.
Tavanın içərisinə kərə yağını əlavə edin.
Ardından göbələkləri və qırmızı bibərləri əlavə edərək vam odda yaxşıca qızardın.
Ardından duzu əlavə edin.
Bundan sonra hazırladığınız yumurta qarışığını tavanın içinə əlavə edib tavanızı 180 dərəcə qızdırılmış fırına verin.
Üzəri qızarana qədər 15-20 dəqiqə bişirin.
İsti- isti servis edin.

Nuş olsun!

Etiketlər: qaşığı, əlavə, yemək, stəkanı, qədər, içərisinə, bilərsiniz, bişirə, edərək, Ardından, yaxşıca, soyuducuda, çırpın, dəqiqə, qabartma, pendiri, holland, zeytun, yumurta, saxlayın
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN