• Közlənmiş badımcan konservası resepti

Reseptin məlumatları Baxış sayı: 4 465

Tarix : 15-07-2019, 12:00

Bölmə : Qəlyanaltılar / Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 kq badımcan,
1 stəkan sirkə,
Zeytun yağı,
2 baş sarımsaq,
Duz

Hazırlanması:
Badımcanları təmiz yuyub qurudun.
Bir neçə yerindən bıçaqla dələrək ocaqda , yhaxud da atəş üzərində közləyin.
İri olan badımcanları ikiyə bölərək iç hissələrinə zeytun yağı sürtərək kəsik hissəsini bir fırın sinisinə yığın.
Qabıqlı hissəsi üstə qalacaqdır.
Kəsdiyin iz badımcanları bir neçə yerindən deşin və közlənməyə qoyun.
Közlənən badımcanları bir torbaya yığıb ağzını qapadın.
Buğlanaraq torbanı tərlədən badımcanlar bir az soyuduqdan sonra qabıqlarını soyun.
Bu metod badımcanların rahat soyulmasını təmin edəcəkdir.
Əgər badımcanları soyuducuda saxlamaq istərsinizsə yeməklik ayıraraq torbalara yığın və soyuducuda donmağa qoyun.
Çalışın torbaya hava keçməsin.
Dərin bir qaba aldığınız badımcanlarınızın üzərinə bir stəkan zeytun yağı və arzuya görə bir stəkan sirkə əlavə edin.
Arzu edənlər iri diş doğranmış sarımsaq da əlavə edə bilələr.
Badımcanları çox əzmədən qarışdırın.
Badımcanları bankalara yığın .
Bankanın içərisində olan badımcanların arasındakı havanı yavaşcadan bir qaşıq yardımı ilə çıxardın.
Bunu etməzsiniz konservanız tez bir zamanda zay ola bilər.
Bankaların boğumuna qədər doldurduğunuz badımcanların üzərini bir barmaq keçənə qədər zeytun yağı əlavə edin.
Qapağını möhkəm bağlayın.
Dərin bir qazanın içərisinə su tökün və alt hissəsinə bir bez qoyub , bankaları ora yerləşdirin.
Bundan sonra bankaları qaynamağa qoyun.
Kapakların tutması üçün ən az 15-20 dəqiqə qaynar suda qaynadın.
Sonra bankaları çıxardaraq ağzını bağlayaraq tərs çevirin və soyuyana qədər gözləyin.
Sərin və quru bir yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: badımcanları, bankaları, zeytun, yığın, əlavə, badımcanların, qədər, qoyun, Badımcanları, stəkan, torbaya, sarımsaq, sirkə, sonra, Dərin, soyuducuda, ağzını, yerindən, konservanız, etməzsiniz
BİZİ İZLƏYİN