• İspanaqlı pankek resepti

Reseptin məlumatları Baxış sayı: 3 066

Tarix : 23-10-2020, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 2 ədəd yumurta
- 2 stəkan qatıq
- 200 qram ispanaq
- 1/2 çay qaşığı duz
- 2 stəkan un
- 1 çay qaşığı qabartma tozu
- 1/2 çay qaşığı soda
- 2 damla limon suyu
- 4 xörək qaşığı lor pendiri

Hazırlanması:
- Bol suda yuyub qurutduqdan sonra ispanaq yarpaqlarını incə doğrayın.
- Yumurtanı qarışdırma qabına çırpın. Xəmirin qabarmaması üçün xəfif sulu olarkən qatıq və duzu yumurtanın üzərinə əlavə edin.
- Ələnmiş un, qabartma tozu, limon suyuyla köpdürülmüş sodanı qarışdırıb keks qarışığı əldə edənə qədər qarışdırın. Doğranmış ispanaqları əlavə edin. Xəmiri bir az gözlədin.
- Kənarları hündür olmayan tavanı isidib günəbaxan yağı tökün. Yağın artıq qismini salfet ilə götürün. Arada bu cür yağlanma formasını tez-tez təkrar edin ki, pankeklər yanmasın. Qaşıq vasitəsilə xəmirdən götürüb ikitərəfli qızardın. Qızararkən lor pendirini üzərinə əlavə edin.
- Hazırladığınız ispanaqlı pankekləri ilıq formada sevdiklərinizlə paylaşın.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, qatıq, ispanaq, limon, stəkan, üzərinə, qabartma, artıq, gözlədin, Kənarları, qismini, salfet, Arada, götürün, Yağın, tökün, olmayan, tavanı, yağlanma
BİZİ İZLƏYİN