• Faberje resepti

Reseptin məlumatları Baxış sayı: 13 253

Tarix : 24-04-2016, 11:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
yumurta qabığı (bütöv)
bişmiş ət (yaxud balıq)
bulyon
jelatin
göyərti
göy noxud, yerkökü, qarğıdalı (bunların hazır konservləşdirilmiş qarışığından da istifadə etmək olar)

Hazırlanması:
Bu təamı hazırlamaq üçün hər şeydən əvvəl formaları, yəni yumurta qabıqlarını hazır etmək lazımdır. Yumurtaları sabunlu su ilə yuyub axar suyun altında xeyli yaxalayın. Qurulayın. Enli tərəfindən təxminən 2 sm enində dairə kəsib götürün. İçini tökün. Qabığın içini təmiz-təmiz yuyub-yaxalayın. Sonra isə qurumaq üçün bir müddət saxlayın.

Əti və ya balığı bişirin. Xırda doğrayın. Ayrıca jelatinlə bulyon hazırlayın. Jelatinin (üstündəki təlimata əməl edərək) azacıq suda isladın. Bir qədər şişəndən sonra bulyonla qaynadın. Bu təam üçün bulyon şəffaf olmalıdır. Əgər o, tutqun alınıbsa, 1 yerkökünü sürtgəcdən keçirib 1 yumurtanın ağı ilə qarışdırın, qaynayan bulyonun içinə töküb qarışdırın, üstünə yığılan kəfi atın, bulyonu isə süzün.

Yumurta qabığının içinə 1-2 x.q. jelatinli bulyon töküb soyuducuya qoyun. Bir az bərkiyəndən sonra digər ərzaqları - əti, göy noxudu, qarğıdalını, doğranmış yerkökünü və göyərtini qarışdıraraq içinə doldurun. Üstündən bulyon töküb soyuducuya yerləşdirin (içi axmasın deyə bunları yumurta qabına yığa bilərsiniz).

Süfrəyə verməzdən əvvəl yumurta qabıqlarını təmizləyin, içindəkini boşqaba düzüb zövqünüzə görə bəzəyin.

Əgər yumurta qabıqları ilə əlləşmək ideyası xoşunuza gəlmədisə bunu ellips formalı balaca badələrə, kasalara, dördkünc qablara da yığıb soyuda bilərsiniz (amma əvvəlcə onların divarına azca bitki yağı çəkmək lazım gələcək ki, yapışmasın).

Nuş olsun!
Etiketlər: bulyon, yumurta, içinə, töküb, etmək, əvvəl, yuyub, bilərsiniz, təmiz, yaxalayın, hazır, qabıqlarını, soyuducuya, qarışdırın, yerkökünü, sonra, qarışdıraraq, doğranmış, qaynayan, göyərtini
BİZİ İZLƏYİN