• Kiş resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 607

Tarix : 20-10-2014, 17:00

Bölmə : Qəlyanaltılar / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

260 q un
170 q kərə yağı
80 ml buzlu su
1/2 ç.q. duz
Kiş resepti - FOTO RESEPT


İç üçün:
300 q ətli pomidor
250 q qarğıdalı konservi
100 q bərk pendir
Kiş resepti - FOTO RESEPT


Sous üçün:
6 x.q. un
10 yumurta
2 st. süd
2 st. xama (yağlılığı 20%-dən yuxarı)
2 ç.q. duz
1 ç.q. qara istiot
1 x.q. təzə kəklikotu (yaxud 1 ç.q. quru kəklikotu)

Hazırlanması:
Xəmir üçün blenderin içinə un, duz və kubik doğranmış soyuq kərə yağını qoyun. Xırdalayın. Buzlu suyu əlavə edib qarışdırmaqda davam edin. Xəmir «kələ-kötür» alınacaq. Onu kündələyin, qida plyonkasına büküb ən azı 30 dəqiqəliyə soyuducuya qoyun.
Kiş resepti - FOTO RESEPT

Kiş resepti - FOTO RESEPT

Kiş resepti - FOTO RESEPT


Soyuyandan sonra onu içində bişirəcəyiniz sinidən 7-8 sm enli olmaqla yayın (sininin divarı ən azı 5 sm hündürlükdə olmalıdır, diametri təxminən 26 sm). Siniyə qoyub xəmirin artıqlarını kəsin. Xəmiri bir neçə yerdən çəngəllə deşin. Üzərinə folqa çəkib, ağır yük qoyun, məsələn, quru lobya səpin. bu ona görə edilir ki, bişəndə xəmir şişməsin.
Kiş resepti - FOTO RESEPT

Kiş resepti - FOTO RESEPT

Kiş resepti - FOTO RESEPT


190 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin. Sonra üstündəki yükü götürüb daha 5 dəqiqə, qızılı rəng alana qədər bişirin.

O bişənədək içini hazırlayın.
Pomidorları nazik yarımhalqa doğrayın. Pendiri sürtgəcin iri gözündən keçirin.
Kiş resepti - FOTO RESEPT

Kiş resepti - FOTO RESEPT


Sousu üçün 6 x.q. unu 2 yumurta ilə bircinsli kütlə alınanadək çalın, sonra qalan yumurtaları, süd, xama, duz, istiot və kəklikotunu əlavə edin. Qarışdırın.
Kiş resepti - FOTO RESEPT


Sinidəki bişmiş korjun üstünə pomidor, qarğıdalı və pendiri döşəyin. Sousu əlavə edin (sous artıq qala bilər). Sobaya qoyub sousu bərkiyənəcən, təxminən 40-50 dəqiqə bişirin.
Kiş resepti - FOTO RESEPT

Kiş resepti - FOTO RESEPT


Hazır olandan sonra elə sinidə soyudun. İsti və yaxud otaq temperaturunda süfrəyə verə bilərsiniz.
Kiş resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bişirin, dəqiqə, sonra, qoyun, əlavə, Xəmir, yaxud, təxminən, qoyub, istiot, kəklikotu, qarğıdalı, yumurta, pomidor, Sousu, keçirin, Pomidorları, nazik, yarımhalqa, gözündən
BİZİ İZLƏYİN