• İçlikli profitrol resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 020

Tarix : 17-11-2014, 14:00

Bölmə : Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (30-35 ədəd üçün):
Xəmir üçün:

100 q kərə yağı
4 yumurta
180 q un
1/2 ç.q. duz

Birinci iç:
300 q toyuq ciyəri
100 q soğan
100 q yerkökü
3 x.q. xama
duz
bitki yağı

İkinci iç:
150 q qızılbalıq
1 x.q. qırmızı kürü
2-3 x.q. xama
göyərti

Üçüncü iç:
5 x.q. bişirilmiş qatılaşdırılmış süd
50 q qoz, yaxud badam və ya fındıq
İçlikli profitrol resepti - FOTO RESEPT


Hazırlanması:
Profitrolun xəmiri ekler kimi hazırlanır, sadəcə, hazır olanda forması ilə fərqlənir.

250 ml suyu qaynadın, yağ, duz əlavə edib yenidən qaynara düşəndə qarışdıra-qarışdıra un əlavə edib daha 2 dəqiqə qaynadın. Kütləni azacıq soyudun. Qarışdıra-qarışdıra yumurtaları tək-tək buraya çalın. Əgər yumurtalar balacadırsa, 5 yumurta götürün.
Siniyə perqament kağızı döşəyin, ya da yağlayın. Qaşıq, yaxud da qənnadı şprisinin köməyilə diametri 4 sm olan xəmir kürəciklər hazırlayıb siniyə düzün. (Şpris yoxdursa, xəmiri sellofan paketə doldurun, ucunu çəpəki kəsin).
İçlikli profitrol resepti - FOTO RESEPT

İçlikli profitrol resepti - FOTO RESEPT

İçlikli profitrol resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobaya qoyun, təxminən 35-40 dəqiqə bişirin. Profitrol bişən vaxt sobanın ağzını qətiyyən açmaq olmaz!

İçlərin hazırlanmasına başlayın.

Birinci iç üçün: Soğanı xırda doğrayın. Yerkökünü sürtgəcin orta gözündən keçirin. Soğanı bitki yağında qızardın, kökü və qaraciyəri əlavə edib bişirin, duzlayın. Vam odda, təxminən 10-15 dəqiqə, müntəzəm qarışdıraraq bişirin. Qaraciyəər tam bişməlidir. Bundan sonra bu qarışığı blenderdən, yaxud ət maşınından keçirin. Xama əlavə edib qarışdırın.
İçlikli profitrol resepti - FOTO RESEPT

İçlikli profitrol resepti - FOTO RESEPT

İçlikli profitrol resepti - FOTO RESEPT

İçlikli profitrol resepti - FOTO RESEPT

İçlikli profitrol resepti - FOTO RESEPT

İçlikli profitrol resepti - FOTO RESEPT

İçlikli profitrol resepti - FOTO RESEPT


İkinci iç üçün: Qızılbalığı və göyərtini xırda doğrayın, kürü də əlavə edib qarışdırın. Xama əlavə edin.
İçlikli profitrol resepti - FOTO RESEPT

İçlikli profitrol resepti - FOTO RESEPT


Üçüncü iç üçün: Qozu (fındığı, yaxud badamı) xırdalayın (blenderdən keçirin, ya da bıçaqla doğrayın). Qatılaşdırılmış südlə qarışdırın.
İçlikli profitrol resepti - FOTO RESEPT

İçlikli profitrol resepti - FOTO RESEPT


Bişmiş profitrolları ortadan bıçaqla kəsin. İç qoyub iki tərəfi də birləşdirin. Tərkibindəki içə uyğun bəzəyin. Məsələn, qaraciyərlə olanların üzərini göyərti, qızılbalıqla olanları kürü ilə bəzəyin, şirin olanların üzərinə isə şəkər pudrası səpin.
İçlikli profitrol resepti - FOTO RESEPT

İçlikli profitrol resepti - FOTO RESEPT

İçlikli profitrol resepti - FOTO RESEPT

İçlikli profitrol resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, yaxud, bişirin, qarışdırın, qarışdıra, keçirin, doğrayın, dəqiqə, olanların, bəzəyin, Soğanı, xəmiri, qaynadın, bıçaqla, kəsin, təxminən, Birinci, yumurta, blenderdən, bitki
BİZİ İZLƏYİN